...

Yunanıstan təbii fəlakətə təslim oldu - 3 ölü

Hadisə Materials 15 Noyabr 2017 15:01 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanda güclü yağışlar paytaxt Afina ətrafında daşqınlara səbəb olub.

Trend-in məlumatına görə, Afinadan şimal-qərbdə yerləşən Mandra şəhərində daşqınlar 3 nəfərin həyatına son qoyub.

Ötən gün hökumət artıq Simi adasında kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Burada gücül külək və yağış yaşayış evlərinə ziyan vurub, elektrik təchizatında problemlər yaranıb.

Regionda təbii fəlakət yolları da sıradan çıxardığından hərəkət məhdudlaşdırılıb. Məktəblərdə dərslər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti