...

Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb

Hadisə Materials 20 Noyabr 2017 09:38 (UTC +04:00)
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində olub.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü - Hüseynov Rəşad Elşən oğlu qəsəbə sakini, 1995-ci il təvəllüdlü Quliyev Hüseyn Kəmaləddin oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib. Nəticədə R.Hüseynov H.Quliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Hüseynov saxlanılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti