...

Göygöldə 22 yaşlı oğlan özünü xurma ağacından asdı

Hadisə Materials 18 Dekabr 2017 09:32 (UTC +04:00)
Göygöl rayonunda intihar hadisəsi baş verib.
Göygöldə 22 yaşlı oğlan özünü xurma ağacından asdı

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində Dilqəm Verdiyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Heydər Nurəddin oğlu Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü iplə asıb. Yaxınları hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti