...

ABŞ-da müəlliməni maaşından şikayət etdiyinə görə elə məktəbdəcə qandalladılar (VİDEO)

Hadisə Materials 10 Yanvar 2018 05:43 (UTC +04:00)
ABŞ-ın Luiziana ştatında müəliimə qandallanaraq məktəb iclasından çıxarılıb
ABŞ-da müəlliməni maaşından şikayət etdiyinə görə elə məktəbdəcə qandalladılar (VİDEO)

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatında müəliimə qandallanaraq məktəb iclasından çıxarılıb.

Trend-in məlumatına görə, buna səbəb ingilis dili müəlliməsi Deyşa Xarqreyvin iclasda çıxış edərək maaşından şikayətlənməsi olub.

Ona şikayətin müəyyən olunmuş qaydaya uyğun olaraq edilmədiyi bildirilib və o polis əməkdaşı tərəfindən qandallanaraq məktəb binasından çıxarılıb. Bu zaman o polis əməkdaşına müqavimət göstərməyə çalışıb.

Bildirilir ki, daha sonra məktəb rəhbərliyi Xarqreyvə qarşı heç bir iddia qaldırmayıb, lakin buna baxmayaraq o hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti