...

Banklara borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub

Hadisə Materials 11 Yanvar 2018 16:25 (UTC +04:00)
Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.
Banklara borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub

Bakı. Trend:

Azərbaycan vətəndaşları 1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.

Bundan başqa, Azərbay­can vətəndaşı 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti