...

ABŞ-da təyyarə məcburi eniş etdi - Dolu tualetlərə görə

Hadisə Materials 17 Yanvar 2018 15:22 (UTC +04:00)
ABŞ-ın “United Airlines” aviaşirkətinə məxsus təyyarə tualetlərin həddən artıq dolması ilə əlaqədar məcburi eniş edib
ABŞ-da təyyarə məcburi eniş etdi - Dolu tualetlərə görə

Bakı. Trend:

ABŞ-ın “United Airlines” aviaşirkətinə məxsus təyyarə tualetlərin həddən artıq dolması ilə əlaqədar məcburi eniş edib.

Trend-in məlumatına görə, Denver şəhərindən Havay adalarına uçmalı olan təyyarə geri qayıdaraq San-Fransiskoda eniş edib.

Məlum olub ki, Denver hava limanında uçuşdan əvvəl təyyarənin sanitar qovşağı təmizlənməyib.

Sərnişinlər səkkiz saatlıq gözləmədən sonra uçuşu davam etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti