...

Bakıda avtomobil, Neftçalada ev yanıb

Hadisə Materials 28 Yanvar 2018 20:42 (UTC +04:00)
Bakı və Neftçalada yanğın hadisəsi baş verib
Bakıda avtomobil, Neftçalada ev yanıb

Bakı. Trend:

Bakı və Neftçalada yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüb.

Neftçala rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 9 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti