Bakı. Trend:
Bakının sabunçu rayonunda yanğın olub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, ümumi sahəsi 50 m² olan birmərtəbəli, 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 44 m² sahədə yanıb.
Mətbəx yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.