...

Narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 2 İyun 2018 17:29 (UTC +04:00)
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,daxil olmuş məlumat əsasında Balakən rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa və dibçəklərə əkilmiş ümumilikdə 103 ədəd çətənə kolu, eyni zamanda həmin narkotik vasitələr əkilmiş sahəyə qurudulması üçün sərilib, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanıb, qurudulmamış marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirmişdir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti