...

Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib (FOTO)

Hadisə Materials 24 Sentyabr 2018 13:27 (UTC +04:00)
Gədəbəy rayon sakini A.Məmmədovun həyatyanı sahəsindən çətənə kolları, habelə yaşadığı evdən isə 105 kiloqramdan artıq marixuana götürülüb
Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib (FOTO)

Bakı. Trend:

Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kiloqram olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən isə 105 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti