Bakı. Trend:
Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;