Bakı. Trend:
Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.
X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.