Bakı. Tural Turan - Trend:
Siyəzəndə yük maşını maneəyə çırpılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yenikənd kəndində "HOWO" markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.