...

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 17 Fevral 2019 01:26 (UTC +04:00)
Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı. Trend:

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti