...

Gəncədən Bakıya gələn 29 yaşlı gənc itkin düşdü

Hadisə Materials 5 Mart 2019 08:54 (UTC +04:00)
Gəncədən işləmək məqsədi ilə Bakıya gələn şəxs itkin düşüb.
Gəncədən Bakıya gələn 29 yaşlı gənc itkin düşdü

Bakı. Samir Əli - Trend:

Gəncədən işləmək məqsədi ilə Bakıya gələn şəxs itkin düşüb.

Trend-in məlumatına görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayılov Firuddin Şəmil oğlu martın 1-də yaşadıqları evdən çıxaraq işləmək adı ilə Bakıya getdiyini bildirib. Lakin bir neçə saatdan sonra onun telefonu söndürülüb və bu günə qədər xəbər olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti