...

Yevlaxda azyaşlını avtobus vurub öldürdü

Hadisə Materials 26 Aprel 2019 12:55 (UTC +04:00)
Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yevlaxda azyaşlını avtobus vurub öldürdü

Bakı. Trend:

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti