...

Azyaşlı uşaq bağçasına narkotik gətirdi

Hadisə Materials 16 May 2019 16:34 (UTC +04:00)
ABŞ-ın Filadelfiya ştatında 5 yaşlı oğlan uşaq bağçasına narkotik vasitə gətirib.
Azyaşlı uşaq bağçasına narkotik gətirdi

Bakı. Trend:

ABŞ-ın Filadelfiya ştatında 5 yaşlı oğlan uşaq bağçasına narkotik vasitə gətirib. Trend-in məlumatına görə, bağçada tərbiyəçi özünü qəribə aparan azyaşlıya yaxınlaşıb, sorğu-sualdan sonra onun cibində bağlamaya bükülü narkotik vasitə - krek aşkar edib.

Dərhal uşaq bağçasına polis dəvət olunub. Uşaq küçədə bir nəfərin ona yaxınlaşaraq bu paketi verdiyini və uşaq bağçasında gizlətməyi tapşırdığını deyib.

İnsidentlə bağlı hələ saxlanılan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti