...

Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baxış keçirilib

Hadisə Materials 16 May 2019 15:25 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir
Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baxış keçirilib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq edilmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilmiş, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda Nərimanov RPİ-nin və MSY-nin əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş bəzi nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti