...

Albaniyada zəlzələlər nəticəsində yüzlərlə binaya zərər dəyib

Hadisə Materials 2 İyun 2019 02:17 (UTC +04:00)
İyunun 1-də Albaniyada iki zəlzələ baş verib
Albaniyada zəlzələlər nəticəsində yüzlərlə binaya zərər dəyib

Baki. Trend:

İyunun 1-də Albaniyada iki zəlzələ baş verib.

Trend-in məlumatına görə, ölkənin cənub-şərq bölgəsində baş verən zəlzələlər yüzlərlə binaya zərər vurub.

Daha öncə qeyd edilib ki, zəlzələlər nəticəsində beş nəfər xəsarət alıb, beş binaya zərər dəyib.

Məlumata əsasən, zərər dəymiş binaların yarısını tərk edilmiş tikililər təşkil edib.

Xatırladaq ki, 5,3 bal gücündə olmuş birinci zəlzələnin episentri Albaniyanın Korça şəhərindən 15 kilometr cənub-şərqdə baş verib. Yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib. Yeddi dəqiqə sonra ikinci zəlzələ olub. Onun ocağı 18 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti