...

Novxanıda 6 yaşlı uşağı restoranda it dişləyib (FOTO)

Hadisə Materials 4 İyun 2019 23:21 (UTC +04:00)
Mayın 31-də Novxanıda “Diana” restoranında 6 yaşlı uşağı it dişləyib
Novxanıda 6 yaşlı uşağı restoranda it dişləyib (FOTO)

Bakı. Trend:

Mayın 31-də Novxanıda “Diana” restoranında 6 yaşlı uşağı it dişləyib.

Trend-in məlumatına görə, bu barədə azyaşlının valideyni bildirib.

Onun sözlərinə görə, hadisə ofisiantların gözü önündə baş versə də, müdaxilə edən olmayıb.

“Uşağın əlində çörək olub, ona görə it üstünə cumub. Gömrük Xəstəxanasında üzünə tikiş qoyuldu, 1 saylı Şəhər Kliniki Xəstəxanasında (“Semaşko”) vaksin vurdurduq”.

Uşağın valideyninin sözlərinə görə, məsələ ilə bağlı həm restoran rəhbərliyi, həm də müraciət etdiyi qurumlar onun şikayətinə əhəmiyyət vermir: “Kamera görüntülərini istədim. Anar adlı şəxs dedi ki, hara istəyirsiniz şikayət edin, bizdə kamera yoxdur. 102-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurdum. Polis də, icra da deyir onlar cavabdehlik daşımır. Beş gün əvvəl də Sumqayıtda oğlan uşağını it dişləyib və uşaq ölüb. Biz hazırda Yasamalda 5 nömrəli poliklinikada qeydiyyatdayıq. İkinci quduzluq əleyhinə vaksin vurdurmuşuq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti