...

Abşeronda maşınla vurulan İsmayıllı sakini xəstəxanada öldü

Hadisə Materials 5 Avqust 2019 23:00 (UTC +04:00)
Bu gün Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Abşeronda maşınla vurulan İsmayıllı sakini xəstəxanada öldü

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti