...

Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutulub

Hadisə Materials 26 Avqust 2019 14:31 (UTC +04:00)
Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutulub
Mərdəkanda qadına qarşı quldurluq edən keçmiş məhkum tutulub

Bakı. Trend:

Mərdəkanda qadına qarşı quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti