Bakı. Samir Əli - Trend:
Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə O.Süleymanovun sərnişini olan arvadı Reyhan Süleymanova hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.