...

Kəsilmiş-deşilmiş xəsarətlər alan Yevlax sakini Mingəçevirdə öldü

Hadisə Materials 10 Oktyabr 2019 19:16 (UTC +04:00)
Yevlaxda qətl törədilib.
Kəsilmiş-deşilmiş xəsarətlər alan Yevlax sakini Mingəçevirdə öldü

Bakı. Samir Əli - Trend:

Yevlaxda qətl törədilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti