...

Köhnə avtomobil bazarının yaxınlığında QƏZA - 3 nəfər xəsarət aldı

Hadisə Materials 23 Oktyabr 2019 09:33 (UTC +04:00)
Bakıda köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində baş verən yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
Köhnə avtomobil bazarının yaxınlığında QƏZA - 3 nəfər xəsarət aldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 32 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Digər yaralılara - 46 və 49 yaşlı 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti