...

Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Hadisə Materials 11 Noyabr 2019 12:23 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonundakı bıçaqlanma ilə bağlı məlumat yayıb.
Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonundakı bıçaqlanma ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da gəlib.

Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub.

Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti