Bakıda oğurluq hadisəsi anbaan kameraya düşdü (VİDEO)

Hadisə Xəbər 29 Dekabr 2019 16:41 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb. Ərzaq mağazasından oğurluq edən şəxs, sahibkara 300 manatdan çox ziyan vurub.

Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisə səhər saat 9 radələrində baş verib.

Alış-veriş üçün mağazaya gələn şəxs satıcının başını qataraq kassanın yanında olan telefonu və pulu aparıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti