Bakı. Trend:
Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yüksək temperaturdan lambirindən ibarət tavan 27 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb