...

Bakıda 37 yaşlı kişini naməlum şəxslər bıçaqladı

Hadisə Materials 31 Yanvar 2020 09:57 (UTC +04:00)
Bakıda orta yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Bakıda 37 yaşlı kişini naməlum şəxslər bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bakıda orta yaşlı kişi küçədə naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi ev 64-də yaşayan, 1983-cü il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. V.Nəcəfov bel nahiyəsindən 3 bıçaq zərbəsi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı komatoz vəziyyətdə olduğundan onun dindirilməsi mümlkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti