...

Bakı sakinindən narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Hadisə Materials 12 Mart 2020 12:38 (UTC +04:00)
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Bakı sakinindən narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Bakı. Trend:

Bakının Qaradağ rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan artıq metamfetamin və metadon, “Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti