...

Bakıda qadına qarşı soyğunçuluq edəni mühafizə polisi yerindəcə zərərsizləşdirib (FOTO)

Hadisə Materials 19 Mart 2020 12:03 (UTC +04:00)
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən bi
Bakıda qadına qarşı soyğunçuluq edəni mühafizə polisi yerindəcə zərərsizləşdirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də paytaxtın Nizami rayonu ərazisində baş verib. Belə ki, rayonun R.Rüstəmov küçəsi 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini olan T.Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb

Yaranana səs-küyə xidmətdən kənar vaxtı həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verib.

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir. Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti