...

Bakıda qəza - Dairəvi yol bağlandı (FOTO)

Hadisə Materials 17 Aprel 2020 13:02 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Bakı Dairəvi 1 yolunda qeydə alınıb. Lökbatan istiqamətində baş verən hadisədə bir neçə avtomobilə ziyan dəyib.

Hadisə yerində nəqliyyat vasitələrindən biri aşaraq yolu bağlayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) qəza səbəbindən sözügedən yolda tıxac yarandığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti