Bakı. Samir Əli - Trend:
Bakıda soyğunçuluq edən şəxs aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da paytaxt sakini R.Nuriyevin 50 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həziyev saxlanılıb.