...

Bakıda naməlum şəxs aptekə basqın etdi

Hadisə Materials 30 Aprel 2020 09:14 (UTC +04:00)
Bakıda naməlum şəxs aptekə basqın etdi

Bakı. Samir Əli - Trend:

Bakıda aptekdə soyğunçuluq hadisəsi törədilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki aptekdə qeydə alınıb.

Naməlum şəxs aptekə daxil olaraq əzçanı hədələyib. Həmin şəxs aptekdən 106 manat dəyərində tibbi məhsul götürüb və hadisə yerindən qaçıb.

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E.Nurməhəmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti