...

Bakıda 61 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 30 Aprel 2020 09:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə aprelin 29-da gecə 23 radələrində paytaxtın Nərimanov rayonu, K.Rəhimov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Azad Əliyev idarə etdiyi “VAZ 2103” markalı avtomobillə yolu keçən piyada 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti