...

Bakıda yük maşını aşdı - qaz xətti zədələndi (FOTO)

Hadisə Materials 13 May 2020 12:15 (UTC +04:00)
Bakıda yük maşını aşdı - qaz xətti zədələndi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yük maşını aşaraq qaz xətti zədələyib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində “Aqroprom bağları” deyilən ərazidə qeydə alınıb. Belə ki, "KAMAZ" markalı yük maşınının qəza törədməsi nəticəsində qaz xətləri zədələnib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, yük avtomobili aşaraq yol kənarındakı qaz xəttini dirəklərdən yerə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti