...

Yük avtomobilində mobil telefonlar gizlədərək keçirmək istəyən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 14 May 2020 14:22 (UTC +04:00)
Yük avtomobilində mobil telefonlar gizlədərək keçirmək istəyən şəxs saxlanıldı (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan əl çantasından gömrük orqanlarına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A51 64GB", 1 ədəd "İphone 11 Black 128 GB", 1 ədəd "İphone 11 Purple 128GB" markalı mobil telefonlar və digər gizli saxlanc yerlərindən 10 ədəd 0,7 litrlik "Vodka Çarskaya Zolotaya" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti