...

Binəqədidə ikimərtəbəli ev yanıb

Hadisə Materials 21 May 2020 10:02 (UTC +04:00)
Binəqədidə ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin mətbəxində mebel 3 p.m və 3 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti