...

Qubada soyğunçuluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 2 Sentyabr 2020 11:28 (UTC +04:00)
Qubada soyğunçuluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Qubada soyğunçuluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla əlaqədar həmin şəxs barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti