Bakıda “Mitsubishi” maneəyə çırpılıb

Hadisə Xəbər 20 Sentyabr 2020 08:16 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti