...

ANAMA cəbhəboyu ərazilərdə raket, metroloji radiopelenqator, mərmi qalıqları aşkar edib (FOTO)

Hadisə Materials 6 Oktyabr 2020 00:41 (UTC +04:00)
ANAMA cəbhəboyu ərazilərdə raket, metroloji radiopelenqator, mərmi qalıqları aşkar edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Tərtər, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 78 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Trend verilən məlumata görə, daxil olmuş 81 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Cəfərbəyli, Hacılar, Ağgöl, Şənlik, Sarıcalı, Ağabəyli, Hacıbədəlli, Boyat, İmamqulubəyli kəndləri, Ağdam rayonunun Bənövşələr qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Şahvəlilər, İmamqulubəyli kəndləri, C.Məmmədquluzadə, S.Vurğun, Təbriz küçələri və H.Əliyev prospekti, Beyləqan rayonunun Ağamir küçəsi və Təzəkənd kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Dördüncü Zobcuq qəsəbəsi və Şükürbəyli kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Nizami və Qızılhacılı kəndləri, Tərtər rayonunun V.Orucov küçəsi, Şəmkir rayonunun Sabirkənd kəndi, Zərdab rayonunun Məlikli kəndi, Gəncə və Mingəçevir şəhəri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 15 ədəd partlamamış hərbi sursat (PHS) partlayış yolu ilə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti