...

Bakıda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 30 Dekabr 2020 04:56 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti