Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 19 May 2021 08:41 (UTC +04:00)
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti