...

Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 22 İyul 2021 12:03 (UTC +04:00)
Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb. Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Aşkar edilən faktlara üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti