...

Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi

Hadisə Materials 15 Oktyabr 2021 17:35 (UTC +04:00)
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi

Bakı. Çingiz Səfərli - Trend:

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib”.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti