Bakı. Trend:
Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 182 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.