...

Füzulidə ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi, ata öldü

Hadisə Materials 15 Noyabr 2021 11:08 (UTC +04:00)
Füzulidə ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi, ata öldü

Bakı. Samir Əli - Trend:

Füzuli rayonunda ata və qızı zəhərlənib.

Trend-in məlumatına görə, hadisə noyabrın 12-də baş verib.

Rayon sakinləri, 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və onun qızı 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva evlərində pomidor turşusundan zəhərlənib. Hər iki şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətləri ağırlaşan ata və qızı noyabrın 14-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva isə hazırda reanimasiyadadır.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə faktı təsdiqləyib. O bildirib ki, hazırda 10 yaşlı qızın vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti