...

Sabunçuda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 12 Fevral 2022 19:46 (UTC +04:00)
Sabunçuda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti