...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 24 Mart 2022 20:58 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində hər birinin ümumi sahəsi 55 m² olan iki mənzilin arakəsmə divarı və tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti