...

Yağış və dolu Ağdamın kənd təssərrüfatına ciddi ziyan vurub

Hadisə Materials 26 May 2022 14:23 (UTC +04:00)
Yağış və dolu Ağdamın kənd təssərrüfatına ciddi ziyan vurub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Son günlər yağan aramsız yağışlar və dolu düşməsi nəticəsində Ağdamın kənd təssərrüfatına ciddi ziyan dəyib.

Trend-in yerli bürosunun məlumatına görə, yağışlı hava ümumilikdə 83 fermerə məxsus 397.92 hektar pambıq sahəsini məhv edib.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) Trend-ə verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması üçün 30 hektar sahədə təkrar səpin işləri aparılıb, 192.92 hektar sahədə isə takrar səpinin aparılması nəzərdə tutulub.

DAİM-dən o da bildirilib ki, rayonun "Ergi" ərazisində Xəqani Əliyevə məxsus 86 hektar buğda sahəsinə ziyan dəyib. Rayon ərazisindən keçən Qarqar çayının daşması nəticəsində Əfətli kəndində 78 hektar qarğıdalı, 3 hektar soğan sahəsinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti